19 iyun 2021, 12:06

Nəsimi Ələkbərov və başqalarından, Ağcabədi, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Biz Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbinin müəllim kollektivi Sizin qardaş Türkiyə Respubilkasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birgə Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərinə səfərinizi qürurla izlədik. Azərbaycanın işıqlı gələcəyi üçün önəmli olan bu görüş və səmimi çıxışlarınız ürəyimizi dağa döndərdi.

Bizə bu sevinci yaşatdığınız üçün Sizə böyük təşəkkürümüzü bildiririk.

Tanrı Sizə yar olsun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ələkbərov Nəsimi Ələkbər oğlu,

Məmmədov Rəşad Dilafət oğlu,

Alışov Seymur Həsən oğlu,

Həşimov Gündüz Valodya oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.