19 iyun 2021, 10:00

Əliş Əzimovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz xalqımızın məğrur sərkərdəsisiniz!

Yeni Azərbaycan tarixinin memarı, tarixi şəxsiyyət və xalqımızın ümummilli lideri Heydər Əliyevin Sizin haqqınızda dediyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" sözləri həyatda özünü doğrultdu.

Bu belə də olmalı idi. Çünki Azərbaycan xalqının yenilməz sərkərdəsi kimi Siz ulu öndər Heydər Əliyev siyasi kursunun yeganə layiqli, məğrur davamçısı idiniz. O siyasi kurs ki, təməli sabitlik, güclü iqtisadiyyat və uğurlu xarici siyasətin mükəmməl vəhdəti əsasında qoyulmuşdur.

Sizin həyata keçirdiyiniz proqramlar, apardığınız islahatlar, ordu quruculuğu kursunuz bu baxımdan Heydər Əliyev siyasi kursunun etibarlı əllərdə olduğunun aydın şəkildə göstəricisidir.

Cənab Prezident, uzun zamandan sonra "Qarabağ" adlı qələbəni bizə bəxş etdiyinizə görə bir xalq, bir millət olaraq daim Sizə minnətdarıq. Siz “Qarabağ Azərbaycandır!” dediniz və uzun müddət ayrı qalmış Qarabağı yenidən Azərbaycanın ayrılmaz bir hissəsinə çevirdiniz.

Biz bu gün sevinir, biz bu gün qürur duyuruq ki, ölkəmizin, xalqımızın Sizin kimi yenilməz Sərkərdəsi var.

Allah daim Sizi ucalardan uca etsin. Sizin kimi Prezidenti olan Azərbaycan hər zaman qalib ölkələr, qalib xalqlar sırasında ən yüksək məqamlarda yer tutacaq.

Hörmətlə,

Əzimov Əliş İlqar oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.