18 iyun 2021, 17:30

Mübariz Ağalarov və Maya Balaşovadan, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə insanları narahat edən bir çox məsələlər aradan qaldırılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində bölgələrdə infrastruktur yaxşılaşdırılmış, əhalinin sosial rifah halı yüksəlmişdir. Aqrar sahədə də ürəkaçan mənzərə müşahidə olunur. Fermerlərin səmərəli fəaliyyəti üçün münbit şərait yaradılmışdır.

Əsas məsələlərdən biri də odur ki, müraciətlərimizə diqqətlə yanaşılır, vaxtaşırı ortaya çıxan narahatedici problemlər müsbət həllini tapır. Biz özümüz də belə xoş münasibətlə üzləşən vətəndaşlarıq.

Cənab Prezident, bütün bunlar Sizin insan amilinə verdiyiniz önəmin, böyük dəyərin nəticəsidir. Biz bununla qürur duyuruq. Yolunuz hər zaman açıq, qədəmləriniz mübarək olsun!

Hörmətlə,

Mübariz Ağalarov

Maya Balaşova

Azərbaycan Respublikası, Neftçala şəhəri.