18 iyun 2021, 13:00

Aqil Bəşirovdan, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmiz üçün çox önəmli bir gündə-15 İyun Milli Qurtuluş Günündə yeni bir tarix yazdınız, Şuşa Bəyannaməsini imzaladınız. Bu həyatımızda əlamətdar və tarixi bir hadisə oldu.

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə iki qardaş ölkənin münasibətləri ən uca zirvəyə yüksələrək yeni bir dönəmə qədəm qoymuş oldu.

Bütün Azərbaycan xalqı qürur duyur ki, Sizin kimi uzaqgörən liderimiz, güclü Prezidentimiz var.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Bəşirov Aqil Aydın oğlu,

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Yuxarı Ağalı kəndi.