18 iyun 2021, 12:10

Fikrət Məmmədovdan, Ağdam, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Mən 50 il müəllim işləmişəm. Özüm və ailə üzvlərim hamısı ziyalıdır və dövlətimizə xidmət edən insanlarıq. Mən bir ziyalı olaraq Ağdamımızın yenidən, möhtəşəm qurulması üçün başlatdığınız tikinti-quruculuq işlərinə görə Sizə özümün və ailə üzvlərim adından təşəkkürümü bildirirəm.

Siz dövlətimizə və xalqımıza yorulmadan xidmət edirsiniz. Sizin məqsədyönlü fəaliyyətinizin, lazımi tapşırıqlarınızın icrasının müsbət nəticələrini biz öz həyatımızda görürük. Mən bir ziyalı ailəsinin başçısı olaraq bu məktubu Sizə - çox hörmətli Prezidentimizə yazmaqda məqsədim bir vətəndaş olaraq razılığımı bildirməkdir.

Yaşasın Azərbaycan və onun müdrik Lideri!

Hörmətlə,

Məmmədov Fikrət

Azərbaycan Respublikası, Ağdam rayonu, Çıraxlı kəndi.