18 iyun 2021, 10:00

Səmilə Kərimovadan, İsmayıllı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

44 günlük müharibədən sonra Qələbəni bizə bəxş etdiyiniz üçün Sizə minnətdaram.

Sizə nə qədər təşəkkür etsəm azdır. Sizin sayənizdə dövlətimiz günü-gündən çiçəklənir. Cıdır düzündə keçirilən möhtəşəm tədbiri izlədiyim zaman yaşamaq həvəsim daha da artdı.

Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm. Tanrı Sizi və qüdrətli Ordumuzu qorusun.

Hörmətlə,

Kərimova Səmilə Salman qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Hacıhətəmli kəndi.