17 iyun 2021, 18:26

Teymurbəy Seyidovdan, Sabirabad, Azərbaycan

Əziz və hörmətli Prezidentim!

Ölkə vətəndaşlarının sağlamlığını düşünərək, əsl Lider kimi, koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz işləri izlədikcə Sizə olan rəğbət və sevgimiz daha da artır. Vaxtında müəyyənləşdirilmiş doğru strategiya və görülən işlər nəticəsində xalqımızı bu bəladan az itkilərlə çıxarmağa nail ola bildiniz.

Azərbaycan xalqı bir daha əmin oldu ki, seçimində yanılmayıb. Biz vətəndaş olaraq Sizin yanınızdayıq, Sizi dəstəkləyirik!

Hörmətlə,

Seyidov Teymurbəy Tamal oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Axısxa kəndi.