17 iyun 2021, 17:45

Elnur Məmmədovdan, Şamaxı, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası bizi çox sevindirdi və qürurlandırdı. Sizin sayənizdə biz qalib ölkənin qalib vətəndaşları kimi özümüzü çox xoşbəxt hiss edirik. Siz elə bir tarix yazdınız ki, heç vaxt yaddaşlardan silinməyəcək, əsrlər keçəcək, adınız xalqımızın ən görkəmli sərkərdəsi olaraq daim çəkiləcək.

Əziz Prezident, mən Qarabağ müharibəsinin veteranı kimi Sizə minnətdarlığımı bildirirəm. Siz Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin problemlərinin həllini, onların həyat şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayırsınız. Onlar Sizin diqqət və qayğınızı daim hiss edir və bunu yüksək qiymətləndirirlər. Mən də bu qayğıdan bəhrələnənlər arasındayam. Üzləşdiyim problem Sizin tapşırığınıza əsasən həll olundu. Çox sağ olun, cənab Prezident. Biz hər zaman Sizin yanınızdayıq.

Hörmətli Prezident, Sizə və ailənizə uzun ömür, cansağlığı, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Elnur Nadir oğlu

Azərbaycan Respublikası, Şamaxı şəhəri.