11 iyun 2021, 14:35

Elbrus Nəsirovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Şuşanın azad olunması sevincini xalqımıza, şuşalılara yaşatdığınıza görə Sizə sonsuz təşəkkürümüzü bildirirəm.

Xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti hamı kimi, biz sahibkarlar da yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz dövründə abadlıq-quruculuq işlərinə geniş yer verilməsi sayəsində Naftalan şəhəri də gündən-günə gözəlləşir. Şəhərdə yeni istifadəyə verilən “Gold Naftalan” sanatoriya kompleksi şəhərə gələn turistlərin rahatlığını təmin edəcəkdir. Onu da qeyd etmək istərdim ki, xidmətlərinə və nəcib əməllərinə görə azərbaycanlıların böyük sevgisini qazanmış hörmətli Mehriban xanım Əliyevanın xalqın elçisi kimi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir.

Uca Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Nəsirov Elbrus İsax oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.