Gəncəvi Əliyevdən, Göygöl, Azərbaycan
10 iyun 2021, 12:45
Hörmətli cənab Prezident, 44 günlük müharibə dövründə dünyaya zəfər tariximizi göstərən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı!
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi xalqımızın Sizin ətrafınızda birləşərək “Dəmir yumruq” hərbi əməliyyatında həmrəyliyinin bariz nümunəsinə çevrildi. Düşməni torpaqlarımızdan iti qovan kimi qovduq. 44 günlük müharibə “Qarabağ Azərbaycandır!”, "Şuşa sən azadsan!” şüarları ilə səciyyələndi və bir ömür boyu yaddaşlardan silinməyəcək tarix oldu. Buna görə canından keçmiş şəhidlərin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə Allahdan şəfa diləyirik
Cənab Prezident, müharibə dövründə Sizin qürurlu çıxışlarınız, müsahibələriniz bizə ruh verirdi. Mən bir göygöllü kimi, Sizinlə, Ordumuzla fəxr edirəm.
Mən 2-ci Qarabağ müharibəsi əliliyəm. Bizə olan diqqət danılmazdır. Ümumilikdə, əhalinin sosial rifahının yaxşılaşması sayəsində vermiş olduğunuz tapşırıqlar Göygöl rayonunda da uğurla həyata keçirilir. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əliyev Gəncəvi Zahid oğlu
Azərbaycan Respublikası, Göygöl rayonu, Şəhriyar kəndi.