Oruc Əliyevdən, Saatlı, Azərbaycan
Text size
10 iyun 2021, 16:40
Hörmətli cənab Prezident!
Siz müharibə qazilərinin, şəhid ailələrinin ən böyük dayağısınız. Sizin sayənizdə problemlərimiz həll olunur. Vətən uğrunda canını sipər etmiş insanlara göstərilən bu diqqət el arasında hər zaman təqdir olunur, gənc nəsillərə vətənpərvərlik ruhu aşılayır.
Möhtərəm Prezident, göstərilən qayğıya görə şəhid ailələri, müharibə veteranları və qaziləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Hər zaman Sizinləyik, əmrinizə müntəzirik!
Hörmətlə,
Əliyev Oruc, Vətən müharibəsi qazısı.
Azərbaycan Respublikası, Saatlı rayonu, Çolpu kəndi.