Nəzakət Səlimovadan, Mingəçevir, Azərbaycan
11 iyun 2021, 12:50
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olunduğu üçün Sizə - Müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə ömür boyu borcluyuq. Siz Vətən üçün çalışmağı, onu daha gözəl və firavan etməyi ən ümdə vəzifə bilirsiniz. Sizin ölkəmiz üçün etdikləriniz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün nümunədir.
28 May - Respublika Günündə Ağdama gəlişinizlə məni və bütün ağdamlıları sevindirdiniz. Ağdam şəhərinin bərpası və yenidən qurulması üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
Səlimova Nəzakət, Ağdam rayon sakini.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.