10 iyun 2021, 18:30

Adil Quliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümü günündə Ağdam rayonunda təməli qoyulan yenidənqurma və infrastruktur layihələri bizə ikiqat bayram əhval-ruhiyyəsi yaşatdı, Ağdamımızın gözəl gələcəyinə inamla baxmağa sövq etdi.

Bu hədsiz sevincli və xoşbəxt günləri bizə yaşatdığınız üçün Sizə ailəmiz adından və çalışdığım Ağdam rayon 83 saylı köçkün ümumi orta məktəbin kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

Uca Allah Sizi dövlətimizin, xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,

Quliyev Adil, Ağdam rayonu 83 saylı köçkün ümumi orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.