10 iyun 2021, 17:30

Gülarə Orucovadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bizə qürurlu Qələbə sevinci yaşatdığınız üçün Sizə, rəşadətli Ordumuza və qəhrəman hərbçilərimizə minnətdarıq.

Sizin rəhbərliyiniz dövründə ölkə əhalisinin rifahı yüksəlib. Ölkəmizdə turizm, o cümlədən Naftalan şəhərində müalicəvi turizm sahəsi inkişaf edib. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edir.

Sizin sayənizdə müasirləşən, inkişaf edən Azərbaycan bu gün dünyada öz sözünü demək iqtidarındadır. Bu şərəfli yolda Sizə uğurlar arzulayırıq. Ölkəmizi dünyada tanıtdığınız üçün naftalanlılar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcəkdir.

Uca Allah Sizi və millətimizi qorusun!

Hörmətlə,

Orucova Gülarə İsmayıl qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.