Şəhla Məmmədova və Aidə Zülfüqarovadan, Abşeron, Azərbaycan
11 iyun 2021, 11:22
Hörmətli cənab Prezident.
Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin ardınca işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işlərinin geniş vüsət alması, xüsusən də Ağdam rayonunun yenidən qurulması üçün verdiyiniz tapşırıqlar biz ağdamlıları çox sevindirdi.
İnanırıq ki, Siz Qarabağımızı yaxın gələcəkdə yenidən cənnətə, gülüstana çevirəcəksiniz. Biz də tezliklə öz elimizə, obamıza qayıdıb xoşbəxt və firavan həyat yaşayacağıq.
Bizə bəxş etdiyiniz bu böyük sevincə, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədova Şəhla
Zülfüqarova Aidə, Ağdam rayonu 36 saylı köçkün tam orta məktəbin müəllimləri.
Azərbaycan Respublikası, Abşeron rayonu.