Günel Vəliyevadan, Abşeron, Azərbaycan
10 iyun 2021, 13:33
Əziz Prezidentimiz.
Ötən il noyabrın 20-də Siz Ağdamın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdıranda sevincimizin həddi-hüdudu olmadı. Uzun illər çəkdiyimiz həsrətə son qoyduğunuz üçün Sizə nə qədər təşəkkür etsək, yenə də azdır.
Cənab Prezident, bir müddət əvvəl Sizin Ağdam şəhərinin bərpasının təməl daşını qoymağınız bizə daha bir sevinc bəxş etdi. Biz bu illər ərzində bir arzu ilə yaşamışıq ki, doğma torpaqlarımıza qayıdaq. İnanırıq ki, Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək və biz dədə-baba yurdumuzda xoşbəxt həyat sürəcəyik.
Möhtərəm Prezident, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Ağdam rayon 34 saylı köçkün tam orta məktəbinin kollektivi adından Sizə minnətdarıq.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Vəliyeva Günel Bəhram qızı, Ağdam rayon 34 saylı köçkün tam orta məktəbinin direktoru.
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.