09 iyun 2021, 18:00

Əliqulu Babaşovdan, Sabirabad, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanımızın bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə etməsinə görə hər bir Azərbaycan vətəndaşının Sizə böyük sevgisi var. Uzaqgörən siyasətiniz sayəsində xalqımızın milli qürur hissini özünə qaytaran Qarabağ Zəfəri möhtəşəm tarixi hadisədir. Azərbaycan xalqı Sizinlə fəxr edir, Sizinlə qürur duyur! Biz xalq olaraq daim Sizin siyasətinizi dəstəkləyirik və dəstəkləyəcəyik!

Hörmətlə,

Babaşov Əliqulu Məmmədqulu oğlu,

Sabirabad 34 nömrəli Yol İdarəsinin direktoru.

Azərbaycan Respublikası, Sabirabad rayonu.