Panama Respublikasının Prezidenti Laurentino Kortizo Kohendən

03 iyun 2021, 11:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Panama Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan əlamətdar tarix olan 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqının firavanlığı və tərəqqisi üçün ən səmimi arzularımı, habelə hökumətimin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini davam etdirmək niyyətini çatdırmaq istərdim.

Bir daha Zati-alinizə ən yüksək hörmət və ehtiramımı ifadə edirəm.


Laurentino Kortizo Kohen

Panama Respublikasının Prezidenti