11 iyun 2021, 13:43

Xosrov İsmayılov və başqalarından, Ağdam, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizin möhkəm iradəniz, qətiyyətiniz, uzaqgörən və düşünülmüş siyasətiniz nəticəsində torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Azad edildikdən dərhal sonra isə həmin torpaqlarımızda quruculuq işlərinə başlanılması sevincimizi daha da artırdı.

Cənab Prezident, Sizin iştirakınızla Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması tarixi hadisədir. Ağdam rayon sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildiririk. Bizim üçün bundan böyük sevinc ola bilməz. Biz hər zaman Sizin yanınızdayıq, yürütdüyünüz məqsədyönlü siyasəti dəstəkləyirik. Sizin rəhbərliyinizlə ölkəmizin daha böyük uğurlar qazanacağına inanırıq.

Əziz Prezident, Azərbaycanımızın inkişafı, xalqımızın firavanlığı naminə gördüyünüz çətin və şərəfli işlərdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

İsmayılov Xosrov,

Əzimzadə Hafiz,

Sarıyev İslam,

Əliyev Zamin,

Novruzov Rafael,

Sadıqov Mobil,

Məmmədov Samir,

Rəşidov Amil,

İsmayılov Məcid.

Azərbaycan Respublikası, Ağdam rayonu.