11 iyun 2021, 10:00

Gülsüm Səlimova və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər dəfə Sizin dilinizdən Qarabağın parlaq gələcəyi ilə bağlı bir-birindən gözəl arzu və planlar barədə məlumat aldıqca, son vaxtlar dövlətimiz tərəfindən Qarabağda əməli olaraq aparılan genişmiqyaslı, vüsətli tikinti-quruculuq işlərini müşahidə etdikcə hər birimizin qəlbi sevincdən dağa dönür.

Güclü Azərbaycan naminə gördüyünüz bütün işlər bizi - Ağdam rayonunun müəllim heyətini daha yaxşı işləməyə ruhlandırır.

Uca tanrıdan Sizə cansağlığı, çətin və gərgin işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Səlimova Gülsüm,

Vəliməmmədova Tünzalə,

Mehtiyeva Zərif,

Bayramov Ərşad,

Məhərrəmov Emin,

Musayeva Məlahət,

Nəsibova Gülbəniz,

Ağdam rayon məktəblərinin müəllimləri.

Azərbaycan Respublikası, Ağdam rayonu.