Vəli Ağayev və başqalarından, Ağdam, Azərbaycan
10 iyun 2021, 18:00
Hörmətli cənab Prezident,
Ağdamın bərpasının təməl daşının qoyulmasının 28 May – Respublika Gününə təsadüf etməsi ağdamlılara xüsusi qürur vermişdir. Bunun üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Siz öz fəaliyyətinizlə xalqın ümidlərini doğrultdunuz, ən böyük dərdimizə – Qarabağ yaramıza məlhəm oldunuz. Biz artıq, böyük ümidlərlə gələcəyə baxırıq. O gələcəyə ki, orada əvvəlkindən də gözəl Ağdam görünür.
Möhtərəm Prezident, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Ulu Tanrı Sizləri qorusun!
Hörmətlə,
Ağayev Vəli,
Həsənova Cahan,
Məmmədov Aqil,
İbadov Boyar,
Qəhrəmanov Bəxtiyar.
Azərbaycan Respublikası, Ağdam rayonu, Kəngərli kəndi.