Bəyalı Əsədov və başqalarından, Ağdam, Azərbaycan
10 iyun 2021, 14:37
Hörmətli cənab Prezident,
Sizin 28 May – Respublika Günündə Ağdama səfəriniz və şəhərin bərpasının təməlqoyma mərasimində iştirakınız bizi həddindən artıq qürurlandırdı. Allaha şükürlər olsun ki, Sizin və şanlı Ordumuzun sayəsində həsrətimizə son qoyuldu. Doğma torpaqlarımıza ayaq basmaq, quruculuq işlərinə başlamaq bizə nəsib oldu. İndi böyük ümidlərlə yeni Ağdama qovuşacağımız günü gözləyirik.
Əziz Prezidentimiz, Əfətli kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Allah hər zaman köməyiniz olsun!
Hörmətlə,
Əsədov Bəyalı,
Salmanov Elşad,
Əlili Siyafəddin,
Şahverənov Asif,
Həsənova Sara,
Quluyeva Afət.
Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.