Təvəkkül Quliyev və başqalarından, Ağdam, Azərbaycan
10 iyun 2021, 10:00
Hörmətli cənab Prezident,
Respublika Günündə Ağdama gəlişiniz və şəhərin bərpasının təməlini qoymağınız bizə böyük fərəh və sevinc hissi bəxş etdi. İnanırıq ki, yeni qurulacaq gözəl Ağdamda Sizin rəhbərliyinizlə yaşayıb-yaradacağıq.
Möhtərəm Prezident, İmamqulubəyli qəsəbəsinin sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzu edirik.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan və şanlı Ordumuz!
Hörmətlə,
Quliyev Təvəkkül,
İbrahimov Məzahir,
Quliyeva Gülrəngi,
Abışov Seymur,
Nəsirov Zahir,
Hacıyeva Mətanət.
Azərbaycan Respublikası, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi.