05 may 2021, 12:15

Rafiq Alışanov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanın hər bir bölgəsi, hər bir guşəsi göz oxşayır. Görülən abadlıq-quruculuq işləri insanların qəlbinə sevinc, könlünə rahatlıq bəxş edir. Bir çoxumuz neçə illərin əziyyətindən, çək-çevirindən xilas oluruq. Bizim qəsəbənin sakinləri də bu sıradadır. Qəsəbəmizdə son illərdə çox iş görülüb. Bir müddətdir ehtiyac olan küçələrdə abadlıq işlərinə başlanılıb.

Qəsəbəmizin 8-ci və 9-cu küçələrində həyata keçirilən abadlıq işlərinə görə sakinlər adından Sizə öz minnətdarlığımızı bildiririk. Problemlərimizin həllinə kömək göstərilməsini, eyni zamanda, doğma Qarabağımızın işğaldan azad olunmuş ərazilərində aparılan abadlıq işlərini yüksək dəyərləndiririk.

Çox sağ olun, cənab Prezident. Allah Sizi və Mehriban xanımı xalqımıza çox görməsin. Sizinlə fəxr edirik.

Qəsəbə sakinləri adından hörmətlə,

Alışanov Rafiq Məlik oğlu

Ələkbərov Ələsgər Mikayıl oğlu

Nəzərov Nəmid Salar oğlu

Yəhyayev Ülvi Soltan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi.