Rühəngiz Cavadovadan, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz hər zaman xalqımızı düşünür və bu istiqamətdə gördüyünüz işlər bütün dünyaya nümunədir. Son illərdə həyata keçirdiyiniz islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır.
Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb olmuşdur. Bunun üçün Sizə sonsuz təşəkkür edirik.
Hörmətlə,
Rühəngiz Cavadova
Azərbaycan Respublikası, Şirvan şəhəri.