04 may 2021, 11:30

Vüqar Şahbazovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız sayəsində respublikamızın bütün bölgələri gündən-günə abadlaşır, yeni yollar çəkilir, tikinti-quruculuq işləri aparılır. Bütün bu işlər vətəndaşlarımızın xoş güzəranı, rahatlığı üçün görülür. Mən hər dəfə müasir standartlara cavab verən Bakı-Astara yolu ilə paytaxtdan Lənkərana və əksinə hərəkət edərkən Sizə “Çox sağ olun, cənab Prezident” deyirəm. Əvvəllər o yolu 4-5 saata gedirdiksə, indi 2 saata rahat şəkildə mənzil başına çatırıq.

Cənab Prezident, xalqımızın firavanlığı naminə atdığınız bütün addımlara görə Sizə minnətdarlığımı bildirir, cansağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Vüqar Şahbazov

Azərbaycan Respublikası, Lənkəran şəhəri