04 may 2021, 13:33

Azər Mirverdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə qəlbimə riqqətə gətirən qürurla minnətdarlığımı bildirmək istəyirəm. Həmişə əvvəllər haradasa Şuşa sözünü görəndə baxışlarımı tez çəkməyə çalışırdım, Ulu Öndərimizin sevdiyi tarixi şəhərin düşmən əlində olmağı məni çox məyus edirdi.

Cənab Prezident, Siz Azərbaycan xalqını bu utancdan xilas etdiniz. Sizin uzaqgörənliyiniz, mükəmməl siyasətiniz, mərdliyiniz, igidliyiniz təkcə bizim deyil, bütün dünya azərbaycanlılarının başını uca etdi.

Sizin hər çıxışınızı qürurla dinləyirəm, fəxr edirəm ki, bizim belə Prezidentimiz var. Bütün ailəmin, xalqımızın adından Sizə minnətdarıq, əziz Prezidentimiz.

Hörmətlə,

Azər Mirverdiyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.