03 may 2021, 17:55

Alim Mehrəliyevdən, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən hərbi qulluqçuyam. Döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak etmişəm. Vətənim üçün, xalqım üçün xidmətlərimin qarşılığını bu gün həyatda görürəm. Hər yerdə mənə hörmətlə yanaşılır. Bu münasibətdən çox şadam. Hərbi qulluqçu kimi xidmətimi davam etdirib dövlətim və millətim naminə xidmət göstərməyim üçün mənə böyük şərait yaradılmışdır. Nəinki mənə qarşı, bütün hərbi qulluqçulara, qazilərə və şəhidlərimizə yüksək hörmət göstərilməsinin şahidiyəm. Əlbəttə ki, bu qayğı cənab Prezidentimizin müdrik siyasətinin, səmərəli idarəçiliyinin sayəsində olur.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, bütün bunlara görə şəxsən Sizə və Sizin siyasətinizə sadiq olaraq xalq üçün fədakarlıq göstərən bütün şəxslərə öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm.

Cənab Prezident, çox sağ olun, təşəkkür edirəm.

Hörmətlə,

Alim Mehrəliyev

Hərbi qulluqçu, kiçik gizir

Azərbaycan Respublikası, Şəmkir rayonu, hərbi şəhərcik.