Telman Əhmədov və başqalarından, Beyləqan, Azərbaycan
03 may 2021, 10:00
Hörmətli cənab Prezident.
Ali Baş Komandanı olduğunuz şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbəyə görə bütün xalqımız Sizi və Ordumuzu ürəkdən alqışlayır. Siz bu Qələbə yolunda böyük işlər görmüsünüz, çox maneələr dəf etmisiniz.
Cənab Prezident, biz Sizi ürəkdən sevir və daim dəstəkləyirik. Fəxr edirik ki, Sizin kimi humanist, qayğıkeş və mübariz Prezidentimiz var. Sizə həyatda ən gözəl nemət olan cansağlığı arzu edirik.
Çox sağ olun, cənab Prezident.
Hörmətlə,
Əhmədov Telman
Heydərov Natiq
Əliyev İdris
Əzizov Əcəboğlan
Həsənov Mayıl
Azərbaycan Respublikası, Beyləqan rayonu, İkinci Şahsevən kəndi