01 may 2021, 16:43

Nəzakət Şərifxanovadan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə təşəkkürümü çatdırmaq üçün bu məktubu yazmağı özümə borc bildim.

Siz ölkəmizin çiçəklənməsində, mənim kimi sosial təminatı aşağı olan insanların iş tapmasında böyük işlər görürsünüz. Mən, Şərifxanova Nəzakət Balaqulu qızı Sizin tapşırığınızla yaradılan “İşsizin dostu” proqramından yararlandığım üçün çox sevinirəm. Belə ki mən DOST İş Mərkəzi tərəfindən insan resursları üzrə köməkçi vəzifəsinə qəbul olunmuşam. Çoxsaylı vətəndaşları müxtəlif işlərlə təmin edən DOST İŞ Mərkəzinin fəaliyyətə başlaması nəticəsində işsizliyin səviyyəsı aşağı düşür, neçə-neçə ailələrin maddi rifahı yaxşılaşır. Azərbaycan xalqının rifahı üçün apardığınız iqtisadi siyasətin nəticəsi olaraq bu mərkəz yaradıldığı üçün Sizə təşəkkür və minnətdarlığımı bildirirəm. Allah Sizə bu uğurlu siyasəti davam etdirməkdə yardımçı olsun.

Hörmətlə,

Nəzakət Şərifxanova

Azərbaycan Respublikası, Hacıqabul şəhəri