03 may 2021, 15:33

Natiq Umudov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Vətən müharibəsindən sonra Tərtər rayonu böyük tikinti meydançasını xatırladır. Müharibədən dərhal sonra rayonda geniş miqyasda aparılan təmir-bərpa işləri Tərtəri əvvəlki görkəminə qaytarır, rayonun infrastrukturuna dəyən ziyan aradan qaldırılır.

Yaşadığımız İlxıçılar kəndini qonşu kəndlərlə birləşdirən kəndlərarası avtomobil yolunun asfaltlanmasına başlanılması hamımızı sevindirdi. Bu işlər həm gediş-gəlişi asanlaşdıracaq, həm də vaxt itkisini aradan qaldıracaq.

Cənab Prezident, kəndimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Biz tərtərlilər Prezidentimizə inanır, onu həmişə dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha inkişaf etmiş bir ölkəyə çevriləcək, daha da çiçəklənəcək. Çünki biz birlikdə güclüyük!

Hörmətlə,

Umudov Natiq

Əliyeva Həqiqət

Həsənov Məhərrəm.

Azərbaycan Respublikası, Tərtər rayonu, İlxıçılar kəndi.