Taleh Kərimovdan, Sabirabad, Azərbaycan
03 may 2021, 13:46
Möhtərəm cənab Prezident.
Otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın Sizin rəhbərliyinizlə işğaldan azad edilməsi və şanlı Zəfər münasibətilə Sabirabad rayon ağsaqqalları Sizi ürəkdən təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz sevincə və böyük qürur hissinə görə ali dövləti fəaliyyətinizdə Sizə sonsuz uğurlar arzulayırlar.
Ölkənin, millətin həyatını dəyişən, bizə Qələbə sevinci yaşadan qətiyyətli qərarlarınıza görə Sizə təşəkkür edirik. Məhz Sizin qətiyyətli mövqeyiniz sayəsində Ordumuzun qüdrətlənməsi istiqamətində yeni bir mərhələ açıldı.
Sizi çox sevirik. Əmin olun ki, Sizin hər zaman 10 milyonluq ordunuz var. Azərbaycan xalqı bir nəfər kimi Sizin yanınızdadır. Allah Sizi qorusun.
Hörmətlə,
Kərimov Taleh Hüseynağa oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu.