04 may 2021, 10:00

Firuzə Mehdiyevadan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident İlham Əliyev.

Bizim Qələbəmiz Sizin cəsarətiniz, qətiyyətiniz, dəmir yumruğunuz, mübariz və müzəffər Ordumuzun sayəsində, xalqımızın həmrəyliyi və möhkəm birliyi nəticəsində mümkün oldu. Siz respublikamızın ərazi bütövlüyünü bərpa etməklə öz tarixi missiyanızı uğurla həyata keçirdiniz.

Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları fəxr edirlər ki, xalqını, Vətənini sevən və qoruyan Sizin kimi Ali Baş Komandanı, böyük siyasi xadimi və sözünü həmişə cəsarətlə, qətiyyətlə deyən Prezidenti var.

Hörmətlə,

Mehdiyeva Firuzə Hafis qızı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.