03 may 2021, 11:23

Musa Əzizovdan, Gəncə, Azərbaycan

Çox hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə müzəffər ordumuzun əldə etdiyi şanlı Qələbə 2020-ci ili həyatımızın unudulmaz tarixinə çevirib. 30 ilə yaxındır həsrət qaldığımız torpaqlarımızın erməni quldurlarından təmizlənməsini, ata-baba yurdlarımızın işğalçılardan azad edilməsini şərəf və qürur hissi ilə qeyd edirik. Bu şərəfi, qüruru bizə yaşadan, bizi məcburi köçkünlük yükündən qurtaran Müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza eşq olsun. Allah şəhidlərimzə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Müzəffər Ali Baş Komandan, Sizin tapşırığınızla bu günlərdə Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə baş vermiş faciənin araşdırılmasına başlanılıb. Başlıbel faciəsi, həm də bir qəhrəmanlıq tarixidir, 113 gün 62 nəfər ölüm-dirim mübarizəsi apararaq doğma yurdunu tərk etməyib. Kəlbəcərin ən böyük kəndlərindən olan Başlıbeldə erməni vəhşiliyinin qurbanı olmuş dinc sakinlərin başına gətirilən faciənin tədqiqi ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işi qaldırılıb, hadisələrin ekranlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bütün bunlara görə Başlıbel kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi və ailənizi qorusun!

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Musa Əzizov

Başlıbel kənd orta məktəbinin təqaüddə olan müəllimi, Kəlbəcər rayon Ağsaqqallar Şurasının üzvü

Azərbaycan Respublikası, Gəncə şəhəri.