13 aprel 2021, 17:01

Elşən Ağazadədən, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün dünyada yayılmış COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan ön sıralarda dayanır. Təbii ki, bu, Sizin xalqımızın sağlamlığına diqqət və qayğınızın göstəricisidir. Məhz Sizin qayğınızın nəticəsidir ki, biz təhsil işçilərinə iş yerlərimizi tərk etmədən vaksin vuruldu.

Möhtərəm cənab Prezident, xalqımızı hərtərəfli qayğınızla əhatə etdiyinizə, vəziyyəti şəxsən daim diqqətdə saxladığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm.

Hörmətlə,

Elşən Ağazadə

Azərbaycan Respublikası, Biləsuvar şəhəri