13 aprel 2021, 18:21

Emin Rzayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi və xalqımızı Hərbi Qənimətlər Parkının açılması münasibətilə təbrik edirəm. O, parkda olan hər bir qənimət ordumuzun və Sizin uğurlu siyasətinizin nəticəsidir.

Düşmən ölkə çox deyirdi ki, bizim tanklar Bakıda olacaq. Bəli oldu, düzdü, ancaq qənimət kimi. Buna görə ordumuza təşəkkür edirik.

Sizin həmin parkın açlışında iştirakınızı izləyərkən mən ümummilli lider Heydər Əliyevin hamı üçün əziz olan sözünü hörmətlə xatırladım: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!"

Mən də qısa müddətdə parkı ziyarət edəcəm və bu dəfə Sizin sözlərinizi təkrarlayacam: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Sizə və qazilərimizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Emin Rzayev

78 nömrəli tam orta məktəbin 10b sinif şagirdi

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu