13 aprel 2021, 15:10

Qabil Hüseynovdan, Saatlı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizi təxminən 30 il işğal altında qalan Qarabağ torpaqlarının azad olunması münasibətilə təbrik edirəm. Bu möhtəşəm Qələbədən sonra mənfur düşmən bir də Qarabağ torpaqlarına kəm baxa bilməz.

Cənab Prezident, biz çox qürurlu və xoşbəxtik ki, Sizin kimi Prezidentimiz var. Siz ölkəmizə rəhbərlik etdiyiniz müddətdə ordumuzu qüdrətləndirdiniz, onu dünyanın ən aparıcı ordularından birinə çevirdiniz. Vətən müharibəsindəki Qələbə ilə Siz Xocalı faciəsi qurbanlarının da intiqamını aldınız. Artıq bütün şəhidlərimizin ruhu şad, onların ailə üzvlərinin ürəyi sakitdir.

Bir daha Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayıram.

Hörmətlə,

Hüseynov Qabil Paşa oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu.