13 aprel 2021, 14:26

Əhməd Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin və Mehriban xanımın xalqımıza qayğınız ölçüyəgəlməzdir. Mən aztəminatlı ailənin üzvüyəm. Bizim kimi ailələrə dəstək olan Heydər Əliyev Fondu mənim 1 yaş yarımlıq oğlum Übeyd Həsənovun əməliyyat olunmasına dəstək verdi və onun sağlam həyata qayıtmasına kömək oldu.

Səhiyyə sahəsində mühüm islahatların aparıldığına görə Sizə minnətdarlıq bildirir, həmçinin oğlumun sağlamlığını bərpa edən həkimlərə təşəkkür edirəm.

Qürurluyuq ki, xalqa dəstək olan Prezidentimiz var. Allah Sizi var eləsin!

Hörmətlə,

Əhməd Həsənov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu