13 aprel 2021, 10:00

Malik Şükürovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əməyimə yüksək qiymət verdiyinizə - məni “Əməkdar həkim” fəxri adı ilə təltif etdiyinizə görə Sizə öz adımdan və ailəm adından dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın inkişafı üçün yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Malik Şükürov

Azərbaycan Tibb Universitetinin dosenti

Azərbaycan Respublikası, Bakı şəhəri.