12 aprel 2021, 17:36

Rəhilə Gülgündən, Bakı, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz.

Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edərək qüdrətli dövlətə çevrilmiş, dünyaya səs salan böyük uğurlar qazanmış, xalqımızın rifahı daha da yaxşılaşmışdır. Vətənimizin tərəqqisi naminə atdığınız qətiyyətli addımlara görə bir qələm sahibi, yaradıcı ziyalı olaraq Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Rəhilə Gülgün

Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri.