12 aprel 2021, 16:41

Nəsibə Quliyevadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrilib. Eyni zamanda, klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına göstərilən diqqətin növbəti nümunəsidir.

Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi şairin zəngin ədəbi irsinin öyrənilməsi və onun əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin beynəlxalq səviyyədə təbliği bir müəllim kimi bizə qürur verir.

Nizami Gəncəvi irsini geniş təbliğ etməklə bir daha Azərbaycanın zəngin mədəniyyətini dünya ictimaiyyətinə nümayiş etdirdiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Nəsibə Quliyeva

Azərbaycan Respublikası, Füzuli rayonu.