12 aprel 2021, 14:25

Gündüz Tağıyevdən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətən muharibəsində qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Fəxr edirəm ki, mən də hərbi qulluqçu kimi 14 il Azərbaycanın Silahli Qüvvələrində xidmət etmişəm.

Sizin sayənizdə şəhid və qazi ailələri dövlətmizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Mən hər zaman ulu öndər Heydər Əliyevin siyasətini həmişə dəstəkləmişəm. Hazırda isə onun layiqli davamcısı kimi, Sizin uzaqgörən və müdrik siyasətinizi dəstəkləyirəm. Sizin rəhbərliynizlə ölkəmizdə həyata keçirilən geniş miqyasli islahatları, o cümlədən kadr islahatlarını dəstəkləyirəm.

Cənab Prezident, ölkəmizin davamlı inkişafı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün görülən işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə ugurlar arzu edirəm.

Hörmətlə,

Gündüz Tağıyev

Hərbçi

Azərbaycan Respublikası, Qazax rayonu.