12 aprel 2021, 10:00

Xəyalə Həsənovadan, Biləsuvar, Azərbaycan

Çox hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizi dərin minnətdarlıq hissi ilə salamlayır, rayonumuzun bütün təhsil işçilərinə elə iş yerlərində COVID-19-a qarşı vaksin vurulduğuna görə Zati-alinizə minnətdarlığımı bildirirəm. Bu işin rahat təşkil olunması bir daha Sizin xalqa qayğınızı göstərir.

Cənab Prezident, bu gün bir daha qürurla və fəxrlə deyirəm: “Nə yaxşı ki, mən azərbaycanlıyam və Sizin rəhbərlik etdiyiniz ölkədə yaşayıram”. Çünki Siz Prezident kimi hər birimizin qayğısına qalırsınız. Xalqın sağlamlığı daim diqqətinizin mərkəzindədir. Bunun bariz nümunəsidir ki, biz dünyanın əksər ölkələrində tapılmayan vaksinlə rahatlıqla təmin edildik.

Bir daha Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Həsənova Xəyalə Qabil qızı.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.