10 aprel 2021, 12:41

Şikar Abbasov və Vüqar Hüseynovdan, Tərtər, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz tərtərlilər Sizinlə qürur duyuruq. Fəxr edirik ki, 30 illik Qarabağ həsrətindən sonra bizə Zəfər Gününü yaşatdınız. “Dəmir yumruq” düşmənin başına dəydikdən sonra o, öz yerini tanıdı.

Bizim rayon müharibə vaxtı ən çox ziyan çəkən bölgələrdən oldu. Evlərimiz, məktəblərimiz, bağçalarımız dağıldı. Mülki və hərbi şəhidlər verdik. Ancaq Qələbə yaralarımıza məlhəm oldu.

Müharibədən dərhal sonra şəhərimizdə abadlıq işlərinə başlanılıb. Hazırda yaşadığımız Qara Qarayev küçəsində istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, işıq, qaz, su, telefon xətləri yenilənir. Küçəmizə tezliklə asfalt da döşənəcək.

Cənab Prezident, biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Tərtərlilər həmişə Sizi dəstəkləyir və Sizinlədirlər. Tanrı Sizi qorusun!

Hörmətlə,

Abbasov Şikar Səməd oğlu

Hüseynov Vüqar Kamal oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.