09 aprel 2021, 17:33

Pakizə Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazanılan şanlı Zəfərlə bəşər tarixində yaratdığınız möcüzələrə görə Azərbaycanın xalqı, o cümlədən yaşlı nəsil adından Sizə təşəkkürümü bildirir, qətiyyətiniz qarşısında baş əyirəm.

Mənim 70 yaşım var. Bütün ömrüm boyu cəmiyyət və dövlətimiz üçün xeyirli olmağa çalışmış, müəllim kimi ölkəmizə layiqli vətəndaşlar yetişdirmişəm. Həmişə gənclərə Sizin davamçınız olmalarını tövsiyə etmişəm. Çünki bilirdim ki, Azərbaycanın nicatı Sizin adınızla bağlıdır.

Sizı olan böyük hörmət və sevgi hisslərini bildirir, Allahdan Sizə cansağlığı arzulayıram. Azərbaycan xalqı Sizinlə fəxr edir!

Hörmətlə,

Pakizə Hüseynova

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.