09 aprel 2021, 14:20

Eyvaz Eyvazov və başqalarından, Zərdab, Azərbaycan


Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazandığımız şanlı Qələbənin, inkişaf edən ölkəmizin əmin-amanlığının sevincini və qürurunu Sizinlə birlikdə yaşayırıq.

Ölkəmizdə gedən abadlıq, quruculuq, yenidənqurma işlərinin rayonumuza təsirini görməmək mümkün deyil. Kəndlərimizin qaz, işıq, yol infrastrukturunun yenidən qurulması, yaşayış şəraitimizin yaxşılaşdırılması üçün gördüyünüz böyük işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Yolların əsaslı təmiri kəndlərimizlə rayon mərkəzi arasında gediş-gəlişi xeyli asanlaşdırıb.

Cənab Prezident, biz, Pərvanlı kənd ağsaqqalları və ziyalıları bu inkişafın gənclərimizdə çalışmaq həvəsini, Vətənə sevgi hissini necə artırdığının şahidiyik. Siz Ulu Öndərimizin siyasətini layiqincə davam etdirən Liderimizsiniz.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Eyvazov Eyvaz

Pəhərçinli Pünhan

Bəkirov Vəkil

Rüstəmov Natiq və başqaları (cəmi-12 nəfər).

Azərbaycan Respublikası, Zərdab rayonu, Pərvanlı kəndi.