08 aprel 2021, 11:31

Alim Bayramovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanın daha da inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar cəmiyyətimizdə böyük razılıq doğurur. Xüsusilə Sizin kadr islahatlarınızı böyük maraqla izləyir və yüksək qiymətləndiririk. Siz çıxışlarınızda dəfələrlə hər bir vəzifəli şəxsin qanun çərçivəsində fəaliyyət göstərməli, vətəndaşlara xidmət etməli olduğunu bildirmisiniz.

Cənab Prezident, xalqımızın rahat, firavan yaşaması üçün yürütdüyünüz siyasət hər birimizi sevindirir. Biz Sizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik. Sizin rəhbərliyinizlə Azərbaycanın daha da inkişaf edəcəyinə və güclənəcəyinə əminik.

Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Bayramov Alim Dursun oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.