08 aprel 2021, 10:00

Arif Seyidovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Novruz bayramı ərəfəsində imzaladığınız əfv Sərəncamı ilə Siz neçə-neçə ailəyə sevinc bəxş etdiniz. Bu sevincdən bizim ailənin də payına düşdü. Oğlumun əfv edilməsi ilə bizə yaşatdığınız sevinc Sizin hər bir ailəyə göstərdiyiniz qayğının parlaq təzahürüdür.

Bu gün mən çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. Ömrümün ahıl çağında mənə bu hissi yaşatdığınıza görə ailəmin adından Sizə təşəkkür edirəm. Qayğıya, diqqətə ehtiyacımın olduğu bir zamanda övladıma qovuşdum. Ailəmizə bu xoşbəxtlik Sizin humanistliyiniz sayəsində nəsib oldu.

Möhtərəm cənab Prezident, bir qrup məhkumu əfv etməyiniz Sizin böyüklüyünüzü, hər bir vətəndaşınızı düşündüyünüzü göstərir. Belə addımlarınızla minlərlə insanı sevindirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Çox xoşbəxtəm ki, Sizin Prezidenti olduğunuz ölkənin vətəndaşıyam.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Seyidov Arif Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.