07 aprel 2021, 16:55

Çingiz Əsədullayevdən, Kaliforniya, ABŞ

Hörmətli cənab Prezident.

Mən Sizinlə qürur duyuram və Azərbaycan xalqı, o cümlədən dünya azərbaycanlıları gördüyünüz bütün işlərə görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm.

Mənim bir oğlum var. Həmişə Sizi ona nümunə göstərirəm. İstəyirəm ki, o da böyüyəndə Sizə bənzəsin.

Sayənizdə ölkəmizdə baş verən bütün müsbət dəyişikliklər üçün Sizə minnətdaram. Qarabağın azad olunmasına görə isə Sizə xüsusilə təşəkkür edirəm.

Mən bakılıyam, heç vaxt Qarabağda olmamışam, amma azad edilmiş torpaqlarımızı qarış-qarış gəzmək arzusundayam.

Əminliklə deyə bilərəm ki, mən də daxil olmaqla, xaricdə yaşayan bütün azərbaycanlılar Sizin yanınızdadırlar. Sizin hər bir sözünüz bizim üçün qanundur. Ailənizə də rəğbətimiz böyükdür. Mehriban xanım Əliyevanın gördüyü bütün xeyirxah işlər təqdirəlayiqdir.

Mən bir azərbaycanlı olaraq ölkəmizi tanıtmaq üçün bu vaxtadək əlimdən gələni əsirgəməmişəm, bundan sonra da əsirgəməyəcəyəm.

İnanıram ki, Siz ölkəmizin Prezidenti olduğunuz müddətdə Azərbaycan üçün hər şey yaxşı olacaq. Mən həm ailəmin, həm də yaşlı anamın adından da minnətdarlğımı bildirirəm. Allah Sizi qorusun və Sizə möhkəm cansağlığı versin.

Hörmətlə,

Əsədullayev Çingiz Nurəddin oğlu.

Amerika Birləşmiş Ştatları, Kaliforniya ştatı, San-Dieqo şəhəri.