10 aprel 2021, 15:19

İlkin Mehdiyevdən, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə Sizi təbrik edirəm. Doğma torpaqlarımız mənfur düşmənin işğalından Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz, yorulmaz səyləriniz nəticəsində azad edildi. Xalqımıza bu sevinci yaşatdığınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Siz Zəfərimizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Əminəm ki, indi ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır.

Allah Sizi qorusun!

Hörmətlə,

İlkin Mehdiyev

Azərbaycan Respublikası, Sabirabad rayonu, Yolçubəyli kəndi.